Putin partlayıcıların Krım körpüsünə dəniz yolu ilə daşındığını deyib

Rusiya Federal Təhlükəsizlik Xidməti hesab edir ki, partlayıcılar çox güman ki, Krım körpüsünə dəniz yolu ilə daşınıb.

Bunu Rusiya prezidenti Vladimir Putin Qazaxıstana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.

Rusiya Prezidenti partlayıcıların Krım körpüsünə daşınmasında taxıl aparan gəmilərdən istifadə olunub-olunmasının hələlik məlum olmadığını söyləyib.