1 C
Baku
Thursday, February 29, 2024

Putin: “Rublla hesablaşmalar iqtisadi suverenliyi möhkəmləndirəcək”

Qərb alıcıları ilə Rusiya qazının rublla hesablaşmalara keçidi ölkənin maliyyə və iqtisadi sabitliyini gücləndirəcək.

Bunu Rusiya Prezidenti Vladimir Putin aviasiya sənayesi məsələləri ilə bağlı hökumət üzvləri ilə görüşündə bildirib.

“Mövcud vəziyyətin riskləri, əlbəttə ki, bizim üçün qəbuledilməzdir. Əgər məsələyə bütövlükdə nəzər salsanız, o zaman Rusiya qazının tədarükü üçün ödənişlərin rus rubluna köçürülməsi maliyyə və iqtisadi suverenliyimizin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. Biz uzunmüddətli plan çərçivəsində bu istiqamətdə sistemli şəkildə irəliləyişimizi davam etdirəcəyik”, -Putin vurğulayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər