2 C
Baku
Saturday, December 14, 2024

Putin: “Rusiyanın ticarətdə milli valyutaya keçməsi rublu möhkəmləndirir”

Rusiyanın digər ölkələrlə, o cümlədən Belarusla ticarətdə milli valyutaya keçməsi rublun möhkəmlənməsinə kömək edir.

Banker.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə görüşündə deyib.

“Tərəfdaşlarımızla milli valyutaya, rublla ticarətə keçid də özünü hiss etdirir. Vəziyyət obyektiv şəkildə elə inkişaf etdi ki, biz bunu etdik”, – deyə Rusiya prezidenti Moskva ilə Minsk arasında ticarət dövriyyəsinin artımından danışarkən bildirib.

Putin qeyd edib ki, Rusiya və Belarus birlik dövləti tələsmədən möhkəmlənir, tərəflər hər addımı yoxlayır. “Burada, razılaşdığımız kimi, biz hər şeyi təmkinlə, tələsmədən edirik, hər bir addımımızı elə tənzimləyirik ki, hər bir addım bizi daxildən, xaricdən gücləndirsin, siyasi sistemlərimizi gücləndirsin, onların inkişafı üçün şərait, iqtisadi inkişaf üçün möhkəm zəmindir yaratsın”.

Putin Lukaşenko ilə danışıqlarda ittifaq dövlətinin qurulması ilə bağlı gələcək prosesləri müzakirə etməyi təklif edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər