17 C
Baku
Tuesday, April 16, 2024

Putin Türkmənistan prezidentinə orden verdi

Türkmənistanın yeni Prezidenti Sərdar Berdiməhəmmədov bu gün Rusiyaya səfər edib.

O, Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Martın 12-də keçirilən seçkilərdə eks-prezident Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar Berdiməhəmmədov qalib gəlib. Bu, onun dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra ilk rəsmi xarici səfəridir.

Türkmənistan Prezidenti Vladimir Putinlə ölkələr arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında bəyannamə imzalayıb. Sənəd müxtəlif sahələrdə gələcək üçün birgə işin prioritetlərini müəyyən edir.

Putin, həmçinin Berdiməhəmmədova “Rusiya Federasiyası ilə Türkmənistan arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə” “Dostluq” ordeni təqdim edib.

 

 

Son xəbərlər
Digər xəbərlər