-1 C
Baku
Sunday, December 15, 2024

Putin: Ukrayna ilə danışıqlara hazırıq

Ukrayna ilə danışıqlara hazırıq. Amma bu danışıqlar yerdə formalaşmış reallıqlara əsaslanmalıdır.

Bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya 1” və RİA Novosti-yə müsahibəsində bildirib.

“Biz danışıqlara hazırıq? Bəli, biz hazırıq. Ancaq yalnız biz psixotrop dərmanlardan istifadə etdikdən sonra hansısa “istəklərə” deyil, belə hallarda necə deyərlər, yerdə formalaşmış reallıqlara əsaslanan danışıqlara hazırıq. Bu birincisi…İkincisi isə…Bizə artıq dəfələrlə hər şey vəd olunub. NATO-nu Şərqə genişləndirməyəcəyinə söz verdilər, sonra biz onları öz sərhədlərimizdə görürük. Onlar Ukraynadakı daxili münaqişənin dinc, siyasi yolla həll ediləcəyinə söz verdilər. Xatırladığımız kimi, Polşa, Almaniya və Fransanın xarici işlər nazirləri Kiyevə gələrək bu sazişlərin təminatçısı olacaqlarına söz vermişdilər – bir gün sonra dövlət çevrilişi oldu. Onlar Minsk razılaşmalarını yerinə yetirəcəklərinə söz verdilər, sonra isə bu vədləri yerinə yetirmək fikrində olmadıqlarını, sadəcə olaraq Ukraynadakı Bandera rejimini silahlandırmaq üçün fasilə verdiklərini açıq elan etdilər. Bizə çox şeylər vəd edilmişdi, ona görə də burada təkcə vədlər kifayət etmir”, -deyə Rusiya lideri vurğulayıb.

Putin hazırda Ukraynanın döyüş sursatı tükəndiyi üçün Rusiyanın danışıqlara getməyinin axmaqlıq olduğunu söyləyib: “Bununla belə, biz ciddi danışıqlara hazırıq və bütün münaqişələri, xüsusən də bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Ancaq biz özümüz üçün dəqiq və aydın başa düşməliyik ki, bu, düşmənin yenidən silahlanma üçün almaq istədiyi pauza deyil, bu, Rusiya Federasiyası üçün təhlükəsizlik zəmanətləri ilə ciddi danışıqlardır”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər