25 C
Baku
Saturday, July 27, 2024

Putin və Con Kerri arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin İqlim Məsələləri üzrə Xüsusi Nümayəndəsi Con Kerri arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

BMT Antarktidada qeydə alınan rekord temperaturu təsdiq edib
Braziliyada son sutkada 1,8 mindən çox insan koronavirusdan ölüb
ABŞ-da Co Baydeni və konqresmenləri öldürməklə hədələyən şəxs saxlanılıb
Moskvada işgüzar səfərdə olan Con Kerri rus həmkarları ilə görüşləri barədə Rusiya Prezidentinə məlumat verib.

Rusiya Prezidenti ölkəsinin Paris Sazişinin hədəflərinə nail olmağa böyük əhəmiyyət verdiyini vurğulayıb və bu sahədə siyasətsiz və peşəkar bir dialoqun tərəfdarı olduğunu bildirib. Tərəflər BMT-nin İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyası (Qlazqo, 31 oktyabr – 12 Noyabr, 2021) Tərəfləri Konfransının 26-cı sessiyasına hazırlıq məsələlərini müzakirə ediblər.

Rusiyanın Arktik Şurasına hazırkı sədrliyi kontekstində Arktikada ikitərəfli ekoloji əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bildirilib ki, iqlim dəyişikliyi Rusiya və ABŞ-ın ortaq maraq və yanaşma sərgilədiyi sahələrdən biridir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər