Belarusun prezidenti Aleksandr Lukaşenko və Rusiya prezidenti Vladimir Putin telefonla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər. Bundan əlavə, tərəflər “mövcud Avropa problemləri” ilə əlaqədar olaraq, ölkələrindəki vəziyyət haqqında məlumat mübadiləsi aparıblar.
“Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya prezidenti Vladimir Lukaşenko arasında telefon danışığı bu gün baş tutub. Prezidentlər Dağlıq Qarabağdakı vəziyyət də daxil olmaqla bir çox beynəlxalq problemlərə nəzər yetiriblər”, – mesajda deyilir.
Banker.az bu barədə “Ria.ru”ya istinadən xəbər verir.