16 C
Baku
Thursday, May 2, 2024

Putin: Yeni “Taxıl sazişi” üçün Rusiyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır

Rusiya və Türkiyə prezidentləri “Taxıl sazişi”ni müzakirə ediblər.

Bunu Rusiya prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

 

O, danışıqlar zamanı türkiyəli həmkarının bu məsələyə böyük diqqət ayırdığını söyləyib. Putin qeyd edib ki, Rusiyanı bu sazişi dayandırmağa məcbur ediblər: “Qərb Rusiyanı “Taxıl sazişi”nin humanitar xarakter daşıması ilə bağlı aldadıb”.

Rusiya lideri ölkəsinin “Taxıl sazişi”ni bərpa etməyə hazır olduğunu da söyləyib. Vurğulayıb ki, Rusiya kənd təsərrüfatının məhsullarına qoyulan qadağa aradan götürülən kimi saziş bərpa olunacaq. “Rusiya “Taxıl sazişi”nin reanimasiyasına hazır olacaq və bütün qeyd olunan razılaşmalar yerinə yetirilən kimi bunu edəcək”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər