Rusiya tərəfdaş ölkələri hərbi əməkdaşlığa dəvət edib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin “Ordu-2023” Beynəlxalq Hərbi-Texniki Forumun açılışında danışıb.
Onun sözlərinə görə, Rusiya digər ölkələrlə hərbi əməkdaşlığı inkişaf etdirməyi, o cümlədən birgə hərbi təlimlərin keçirilməsini təklif edir: “Rusiya öz maraqlarını müdafiə edən bütün ölkələrlə bərabərhüquqlu hərbi-texniki əməkdaşlığa açıqdır.
Rusiya öz tərəfdaşlarına, demək olar ki, bütün növlərdə müasir silahların geniş çeşidini təklif edir”.