16 C
Baku
Friday, May 3, 2024

Putinin 1990-cı illərdəki vizit kartı hərracda 2 milyon rubla satılıb

Putinin 1990-cı illərdəki vizit kartı Sankt-Peterburqda elektron hərracda iki milyon rubla satılıb.

Bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, 1990-cı illərin əvvəllərində Leninqrad Şəhər Xalq Deputatları Soveti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri vəzifəsində çalışan Putinin vizit kartı satışa çıxarılıb. Vizit kartının başlanğıc qiyməti min rubl idi. Sonda vizit kart iki milyon rubla alınıb. Hərrac saytında onun kim tərəfindən alınması haqqında məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin avtoqrafı Moskvada keçirilən hərracda 340 min rubla satılmışdı.

c19c93bf64d7135bb4d53faf86868b73

MənbəAzərtac
Son xəbərlər
 ⁠
Digər xəbərlər