14 C
Baku
Thursday, March 28, 2024

Putinin köməkçisi İrana gedib

Rusiya Prezidentinin köməkçisi İqor Levitin İrana səfər edib.

İqor Levitin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi və Ali Rəhbərinin nümayəndəsi Əli Şamxani ilə görüşüb.

Görüşdə Əli Şəmxani iki ölkə arasında bütün sahələrdə inkişaf edən əlaqələrə toxunaraq, iki ölkə prezidentlərinin razılaşmaları çərçivəsində birgə iqtisadi layihələrin həyata keçirilməsinin sürətləndirilməsinin zərurətini vurğulayıb.

Əli Şəmxani İran və Rusiyanın qlobal enerji bazarlarında bir-birini tamamlayıcı rolunun əhəmiyyətindən danışıb və bildirib ki, xoşbəxtlikdən, iki ölkə rəsmilərinin ciddi iradəsi və davamlı səyləri ilə İran və Rusiya arasında iqtisadi əməkdaşlıq möhkəmlənir.

Görüşdə İqor Levitin də birgə layihələrin gedişatı haqqında hesabat təqdim edib və qeyd edib ki, Şimal-Cənub dəmir yolu layihəsinin başa çatmasının strateji təsirini və Rusiyanın Rəşt-Astara hissəsinin sürətlə tamamlanmasına dair öhdəliklərini nəzərə alaraq əsas prioritet bu planla bağlı sürətli əməliyyat tədbirlərinə başlamaqdır.

O, İran İslam Respublikasının enerji və tranzit sahəsində unikal imkan və üstünlüklərinə işarə edərək, Rusiya şirkətlərinin İranda infrastruktur layihələrinə sərmayə yatırmaqda maraqlı olduqlarını açıqlayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər