22 C
Baku
Friday, April 26, 2024

Putinin qərarından sonra Ağalarov sərvətini artırıb

Rusiyanın “Rospress” nəşri ölkə qanunvericiliyinin bir sıra iş adamlarının daha da zənginləşməsinə imkan yaratması ilə bağlı araşdırma hazırlayıb.

Xüsusilə dövlət satınalmaları zamanı qanunvericiliyin rəqabət prosedurlarını keçmək imkanı yaratmasının biznesmenlərin işinə yaradığı bildirilib:

“Təkcə 2017-ci ildə prezident və hökumət 418 milyard rubl həcmində rəqabətsiz satınalmalar həyata keçirib ki, bununla bağlı bütün müqavilələr də icra hakimiyyətləri ilə əlaqəli podratçılara, ölkənin birinci şəxslərinə yaxın insanların şirkətlərinə çatıb”.

aras araz agalarov uNəşr bu fürsətdən yararlanan iş adamları arasında Araz Ağalarovun adını da qeyd edir:

“2017-ci ildə, demək olar ki, 400 milyard rubl 112 öhdəlik götürən tərəflər arasında bölündü. Bunun da 81 nəfəri icra hakimiyyətinin federal orqanlarına, 31-i isə fiziki şəxslərə aid idi. Onların arasında “Krokus İnterneşnl”, “Stroyqazmontaj”, “Xalqlar dostluğu”, “Yeqorov, Puqinski, Afanasyev və Tərəfdaşları” və başqa şirkətlər olub.

Ümumi dəyəri 3 milyard 154 milyon rubldan çox olan 10 müqavilə Federal Gömrük Xidməti ilə biznesmen Araz Ağalarovun “Krokus İnterneşnl” şirkıti arasında imzalanıb. Müqavilələr Qırğızıstanda sərhəd və nəzarət-buraxılış məntəqələrinin yenidən qurulması, veterinar laboratoriyaların avadanlıqlarla təchiz edilməsi haqdadır”.

Müqavilələrin Rusiya və Qırğızıstan arasında imzalandığı, bunda isə məqsədin Rusiyanın Qırğızıstanın Avrasiya İqtisadi Birliyinə inteqrasiyasına kömək etmək olduğu göstərilir. Ölkələr arasındakı razılaşmaya əsasən, yeganə icraçı şirkət “Krokus İnterneşnl” 127 milyon dollar həcmində sifariş alacaq.

“Yalnız Rusiya-Qırğızıstan sərhədindəki avtomobil buraxılış məntəqələri heç bir müsabiqə elan edilmədən rəqabətsiz yenidən inşa edilir. Federal Gömrük Xidməti bütün müqavilələri birbaşa “Krokus İnterneşnl”a yönəldir. Bu isə Ağalarovun şirkətinə yeganə icraçı kimi əlavə imtiyazlar verir”, – deyə nəşr yazır.

Bu işdə isə Araza Ağalarova baş nazirin birinci müavini İqor Şuvalovun vasitəçi və dəstək olduğu, bunun əsasında  isə biznesmenlə Şuvalov arasında köhnə dostluq münasibətlərinin dayandığı qeyd edilib. Bu layihənin həyata keçirilməsinin “Krokus” şirkətinə tapşırılması isə qrant ayıran Rusiya tərəfindən irəli sürülən şərt kimi göstərilib.

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər