10 C
Baku
Wednesday, December 11, 2024

Putinin son qərarı rus milyarderlərə əlavə zərbə vurur

Vladimir Putin aprelin 16-da Rusiya şirkətlərindən xaricdəki birjalardan öz listinqdən çıxarmağı tələb edən fərman imzalayıb, bu da Rusiyanın ən varlı iş adamlarına zərbə vurur.

Banker.az “Bloomberg”ə istinadən xəbər verir ki, Rusiyanın ən varlı adamları üçün əlavə çətinlikdi

Vladimir Potanin, Vahid Ələkbərov kimi şəxslər indi bizneslərinin mülkiyyət strukturunu tənzimləməli olacaqlar.

Bu da o anlama gəlir ki, xaricdə listinqə alınmış şirkətlərə sahib olan rusiyalı milyarderlər depozitar qəbzlərindən xarici valyutada dividendlər toplaya bilməyəcəklər.

Xarici birjalarda depozit qəbzlərinin ticarəti də bir neçə gün ərzində dayandırılmalıdır. Onsuz da Nyu-York Birjası, NASDAQ, London Fond Birjası və digər aparıcı beynəlxalq birjalar Putinin fevralda Ukraynaya qarşı müharibəyə başlamasından sonra artıq Rusiya səhmlərini dondurmuşdular.

Bundan əlavə, Putinin imzaladığı fərman o deməkdir ki, ləğv edilmiş qəbzlərin xarici sahibləri Rusiyada qeyri-rezident hesablarında yerləşdirilmiş normal səhmləri almalıdırlar.

Agentlik deyir ki, bu Qərbdə sərt sanksiyalar ilə üzləşən rusiyalı milyarderlər üçün əlavə zərbədir.

Müharibənin əvvəliki həftələrində London Fond Birjası (LSE) cümə axşamı Rusiya Federasiyası ilə sıx bağlı olan 27 şirkətin qiymətli kağızlarının ticarətini dayandırıb. Şirkətlər arasında En+ Group (Rusal-ın nəzarət paketinə sahibdir), Sberbank, Qazprom, Lukoil və Polyus var idi.

“Rusiyaya inanan və uzun illər Rusiya bazarına sərmayə qoyan və birbaşa Rusiya səhmlərinə sahib ola bilməyən səhmdarlar bundan zərər görür”, – maqnat bu ay Rusiyanın “Kommersant” xəbər agentliyinə deyib.

Bu arada oda qeyd edilməlidir ki, Böyük Britaniyanın vergi orqanı, HM Gəlirlər və Gömrük İdarəsi çərşənbə axşamı elan edib ki, Britaniya hökumətinin Rusiyaya tətbiq etdiyi misli görünməmiş sanksiyalara əsaslanaraq, Moskva Birjasının tanınmış statusunu ləğv edəcək.

Son xəbərlər
Digər xəbərlər