14 C
Baku
Thursday, March 28, 2024

Putinin təşəbbüsü ilə Qırğızıstan və Tacikistan prezidentləri arasında görüş keçiriləcək

Oktyabrın 13-də Qazaxıstanın Astana şəhərində Qırğızıstan prezidenti Sadır Japarov, Rusiya lideri Vladimir Putin və Tacikistan dövlət başçısı Emoməli Rəhmonun üçtərəfli görüşü keçiriləcək.

Bu barədə Qırğızıstan prezidentinin mətbuat katibi Erbol Sultanbayev bildirib.

Onun sözlərinə görə, görüş zamanı Qırğızıstan-Tacikistan dövlət sərhədində mövcud problemli məsələlərin müzakirəsi planlaşdırılır.

Üçtərəfli görüş Rusiya lideri Vladimir Putinin təşəbbüsü ilə təşkil olunacaq. O, Qırğızıstan və Tacikistan arasında sərhəd məsələlərinin həllinə kömək etməyə hazır olduğunu bəyan edib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər