20 C
Baku
Sunday, May 26, 2024

Putinlə Si Cinpin arasında görüş olub

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin görüşüb.

Görüş Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin liderlərinin Zirvə toplantısı çərçivəsində baş tutub.

“Reuters” bildirib ki, görüş zamanı Rusiya Prezidenti Vladimir Putin Çin liderinə rəsmi Moskvanın Pekinin “Vahid Çin” siyasətini dəstəklədiyini və ABŞ-ın Tayvanla bağlı təxribatlarına qarşı olduğunu bildirib.

Rusiyanın Çinin Ukrayna ilə bağlı “balanslı mövqeyini” qiymətləndirdiyini də deyib.

Xatırladaq ki, bu, Ukraynadakı müharibə başlayandan bəri liderlərin ilk üzbəüz görüşüdür.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər