10 C
Baku
Thursday, December 12, 2024

Putinlə Lukaşenkonun görüşü olacaq

Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenkonun Soçidə görüşü olacaq.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, liderlər ikitərəfli əlaqələrin gələcək inkişafı üçün aktual məsələləri və birgə layihələri müzakirə edəcəklər. Həmin layihələr ticari-iqtisadi, energetika, mədəni-humanitar məsələlərini əhatə edir. Qeyd edək ki, Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında dövlət başçılarının görüşünün “Ryanair” təyyarəsinin Minskdə məcburi endirilməsindən sonra Belarusun Qərblə münasibətlərinin kəskinləşməsi fonunda keçiriləcəyini bildirib.

Son xəbərlər
Digər xəbərlər