26 C
Baku
Saturday, July 27, 2024

Qəhvə istehsalçısı “Lavazza” Rusiyada fəaliyyətini dayandırır

İtaliyanın qəhvə istehsalçısı şirkəti “Lavazza” Rusiyadakı fəaliyyətini, eləcə də Ukraynaya çatdırılmanı müvəqqəti olaraq dayandırmaq qərarına gəldiyini açıqlayıb.

Banker.az “Secretmag”a istinadən xəbər verir ki, şirkət 2022-ci ilin əmtəə qiymətlərinin artması səbəbindən “son dərəcə çətin” olacağından qorxur. Qəhvə istehsalçısının 2021-ci ildə qazancı 2020-ci ilə nisbətən 23.3% artaraq 312 milyon avro (337.93 milyon dollar) təşkil edib.

Şirkət bildirib ki, xammalın özü qlobal tədarük zəncirindəki problemlər və hava hadisələrinin vurduğu ziyana görə bahalaşıb.

İlin əvvəlindən Rusiyada qəhvənin qiyməti qalxıb. Çay və qəhvə istehsalçıları birliyi olan “Roschaikofe”nin baş direktoru Ramaz Çanturiya daha əvvəl bildirmişdi ki, buna iqlim dəyişikliyi və məzənnə artımı səbəb olub.

“Wildberries”də fevralın 27-dən martın 10-dək olan dövrdə lobya içərisində qəhvə 92-112% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər