27 C
Baku
Saturday, July 27, 2024

Qəhvənin qiyməti avqustakı zirvədən bu tərəfə 40% ucuzlaşıb

Qəhvə fyuçersləri Nyu-York və London birjasında çökür, lakin bu, hələ ki bazarda pərakəndə satılan kofeyə 100% təsir edəcəyi demək deyil.

Banker.az olaraq birjalarda əmtəə qiymətlərinə nəzər saldıqda ən çox dəyər itirən qəhvədir.

Avqust ayında “Arabica” qəhvəsi fyuçersləri bir funt üçün 2.43 dollara satılırdı. Ötən gün qiymət təxminən 40%-ə yaxın ucuzlaşıb və bir funtu 1.59 dollara ticarət edilməkdədir. Son bir ayda isə 10% ucuzlaşıb.

87665765

İndi dünyada bu sahə üzrə ixtisaslaşan ekspertlər bunu bir neçə səbəblə əlaqələndirir.

Məsələn, bunlardan birincisi Braziliyada hava son bir neçə ildə olduğundan daha yaxşıdır. Bu payızda yağan yağıntılar ölkənin tədarükünü təmin edən yaxşı qəhvə məhsulu olacağını göstərib

Digər tərəfdən dollar bahalaşmasıdır. Beynəlxalq qəhvə qiymətləri kimi dollarla ölçülən hər şey aşağı düşməyə meyllənir.

ABŞ-dan kənarda olan fermerlər öz məhsullarını satmağa təşviq olunurlar, çünki onlar bu məhsulu ABŞ dolları ilə satır ki, bu da onlar üçün qazanclı bir imkandır.

Səbəblərdən biri də, artıq 2022-ci ilin əvvəlindəki müharibə təhlükəsi bir qədər səngiyib, əvvəlki kimi ticarət zənciri ilə bağlı narahatlıqlar azdır.

Son xəbərlər
Digər xəbərlər