27 C
Baku
Saturday, July 27, 2024

“Qənaətbəxş” hesabatından səhmdarlara dividend çatmadı

“Moskviçtexxidmət” ASC səhmdarlarının 2020-ci il avqustun 22-də növbəti ümumi yığıncağı keçirilib. Amma, yığıncaqda gözlənilən qərar verilməyib.

Bu barədə Banker.az “Moskviçtexxidmət”in rəhbərliyinin açıqlamasına istinad edir.

Səhmdar cəmiyyət iyulun əvvəlində açıqlamışdı ki, səhmdarlar yığışıb, dividend ödənilməsi və öncəki ildə maliyyə hesabatı müzakirə ediləcəkdi.

İclasda isə qərar qəbul edilib ki, “Moskviçtexxidmət”in səhmdarlarına “2018-2019-cu illərə aid fəaliyyəti nəticəsində yaranmış mənfəətdən səhmdarlara dividend verilmir”. Bu həmin iclasda belə bir qərarın olduğu qeyd edilib.

Bununla belə, cəmiyyətin 2019-cu il üzrə maliyyə nəticəsi “qənaətbəxş” hesab edilib.

“Moskviçtexxidmət” – 2003-cü ildə təsis edilib, 80 780 manat nizamnamə kapitalı var. Qurumun rəhbəri Şahin Rzayev Tofiq oğlu adlı şəxsdir.

 

Son xəbərlər
Digər xəbərlər