2 C
Baku
Sunday, February 25, 2024

Qərar dəyişir – Azərbaycanda bu şəxslər 1500 manata qədər cərimələnəcək

Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin xüsusi icazə olmadan əldə edilməsinə və idxalına görə inzibati xəta törədilməsində istifadə olunan radioqəbuledici qurğular və radioötürücülər müsadirə edilməklə fiziki şəxslər 500 manat məbləğdə, vəzifəli şəxslər 900 manat məbləğdə, hüquqi şəxslər 1500 manat məbləğdə cərimə ediləcək.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, qeyd edilən xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə inzibati xəta törədilməsində istifadə olunan radioqəbuledici qurğular və radioötürücülər müsadirə edilməklə fiziki şəxslər 1000 manat məbləğdə, vəzifəli şəxslər 1500 manat məbləğdə, hüquqi şəxslər 2500 manat məbləğdə cərimə ediləcək.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər