6 C
Baku
Tuesday, February 27, 2024

Qərb bu il Ukraynaya 30 milyard dollar məbləğində maliyyə yardımı göstərib

2023-cü ilin əvvəlindən Ukrayna Qərb ölkələrindən təqribən 30 milyard ABŞ dolları maliyyə yardımı alıb.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Nazirlər Kabinetinin iclasında bildirib.

 

“Tərəfdaşlarla aparılan iş nəticəsində Ukraynaya təqribən 30 milyard dollarlıq yardımı cəlb etməyə nail olunub”, – deyə Baş nazir qeyd edib. Hökumətin iclasından olan videogörüntü Denis Şmıqalın teleqram kanalında yayımlanıb.

Bundan əvvəl Şmıqal bildirib ki, 2023-cü ildə Ukrayna büdcəsinin hərbi xərcləri 48,7 milyard dollara çatacaq.

Cari il Ukrayna büdcəsində 38 milyard dollar məbləğində rekord defisit nəzərdə tutulub. Ölkə Prezidenti Volodimir Zelenski büdcə defisitini bağlamaqda Qərbin Kiyevə kömək edəcəyinə ümidvar olduğunu bildirib.

Son xəbərlər
Digər xəbərlər