20 C
Baku
Thursday, May 30, 2024

Qətərdə yeni beşulduzlu otellər açılacaq – Foto

Qətər futbol üzrə dünya çempionatı ərəfəsində daha üç yeni beşulduzlu otel açmağa hazırlaşır.

Bu ölkənin hökuməti Dohaya gələcək 1.2 milyon futbol azarkeşi üçün ən yüksək qonaqlama şəraiti yaradacaq. Yeni otellərin – hər biri 278 otaqlı “Wyndham Grand Doha West Bay Beach”, “Doha Corniche” və Marsa Arabia adasındakı “Pearl-Qatar”ın açılışı oktyabrın 1-də olacaq.

Ölkə əhalisinin yarısı qədər – 1.2 milyon qonaq qəbul etmək Qətər hökuməti üçün əsas problem olub. Belə ki, azarkeşlər, komanda üzvləri və turnir heyətinin hətta kruiz gəmilərində və səhra düşərgələrində yerləşdirilməsi məsələsi də müzakirə edilib. “Qatar Tourism” kompaniyasının baş əməliyyat direktoru Bertold Trenkel bildirib ki, yeni otellər dünya çempionatından sonra da Qətərin turizm sektorunun inkişafına xidmət edəcək.

Futbol üzrə dünya çempionatı zamanı Qətərə 31 ölkədən azarkeşlər gələcəklər. FIFA-nın verdiyi məlumata görə, noyabrda Dohada keçiriləcək turnirin 3 milyon biletindən 2.4 milyonu satılıb.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər