21 C
Baku
Monday, May 20, 2024

Qəhvə haqqında ibrətamiz hekayə

Gənc qız atasına yaxınlaşır və deyir:

–    Ata, mən çox yorulmuşam, mənim həyatım elə ağırdır ki, başdan ayağa problemlər və çətinliklərdir, sanki həmişə axına qarı üzürəm.  Mənim daha gücüm qalmayıb. Axı mən nə edim?

Ata cavab vermək əvəzinə odun üzərində eyni ölçüdə üç ədəd balaca qazança qoyur, birinin içərisinə yerkökü, digərinin içərisinə yumurta, üçüncünün isə içərisinə qəhvə atır. Müəyyən vaxt keçdikdən sonra, o, yerkökü və yumurtanı suyun içərisindən çıxarır, qəhvəni isə stəkana süzür.

– Nə dəyişdi? – o, qızından soruşur.

–    Kök və yumurta qaynadı, qəhvə dənləri isə suda həll olundu – qız cavab verdi.

–    Xeyr, mənim qızım, bu hadisələrə yalnız səthi baxışdır. Bax, möhkəm kök, qaynar məhlulda olduqdan sonra yumşalıb və əzilən olub. Zərif və maye şəklində olan yumurta isə qaynayaraq, bərkiyib. Zahirən isə onlar dəyişməyib, onlar sadəcə eyni xoşagəlməz şərtlərin təsiri nəticəsində -qaynama səbəbindən strukturlarını dəyişiblər. Eləcə də insanlar, zahirən möhkəm görünənlər, zəifləyib sına bilər, zahirən incə və zərif təsir bağışlayanlar isə əksinə möhkəmlənib bərkiyə bilərlər.

–    Bəs qəhvə? – qız soruşur

–    Ən maraqlısı isə budur. Qəhvənin toxumları düşmən ortamda tamamı ilə əriyir, həll olur və onun özünü dəyişərək – xoşagəlimli, ətirli bir içkiyə çevirir. Bəzi məxsusi insanlar var ki, onlar situasiyanı və şəraitin gücünün təsiri altında dəyişmirlər, onlar özü hadisələri, şəraiti dəyişərək, onu  yeni və gözəl bir şeyə çevirirlər, situasiyadan fayda və bilik qazanırlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər