16 C
Baku
Thursday, May 2, 2024

“Qərb ATƏT-i təbliğat döyüşləri meydanına çevirib” – Lavrov

Qərb ATƏT-i təbliğat döyüşləri meydanına çevirib.

Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib.

Nazirin sözlərinə görə, Polşanın quruma sədrliyi təşkilatın işinin nəticələrini sıfıra endirib.

Rusiya XİN-in başçısı hesab edir ki, hazırda ATƏT-də işlər yaxşı getmir. O qeyd edib ki, təşkilat bərabərhüquqlu dialoq və əməkdaşlıq platforması kimi yaradılıb, lakin son illər “dərin böhran içərisindədir”.

Lavrovun fikrincə, Qərb ATƏT-i özünün kollektiv maraqlarını təşviq edən alət kimi qəbul edir və onu təbliğat döyüşləri meydanına çevirib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər