1 C
Baku
Saturday, December 14, 2024

Qətər əmiri tələbləri təmin olunmadığından Çexiyaya səfərini yarımçıq dayandırıb

Çexiya Prezidenti Miloş Zemanın dəvəti ilə bu ölkəyə üçgünlük səfərə gələn Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani səfərini yarımçıq dayandırıb.

Bu barədə Çexiyadakı diplomatik mənbə bildirib.

Qeyd olunub ki, Qətər əmiri səfərə gəldiyi gün Praqanı tərk edib.

Bildirilib ki, səfərin vaxtından əvvəl başa çatmasına səbəb Çexiya Xarici İşlər Nazirliyinin əmirin irəli sürdüyü tələbləri təmin edə bilməməsi olub.

Məlumat üçün bildirək ki, Çexiya-Qətər münasibətləri tarixində bu, əmirin Praqaya ilk səfəri idi.

Xatırladaq ki, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani oktyabrın 5-də Çexiya Prezidenti Miloş Zemanın dəvəti ilə Praqaya səfər edib. O, M.Zeman və Baş nazir Petr Fiala ilə görüşüb.

Oktyabrın 6-da isə onun Praqada Avropa Siyasi Birliyi liderlərinin sammiti çərçivəsində iştirakçı dövlətlərin rəhbərləri ilə görüşü nəzərdə tutulmuşdu.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər