13 C
Baku
Wednesday, May 8, 2024

Qətər şeyxi “Mançester Yunayted” üçün $7.5 mlrd. təklif edib

Qətər şeyxi Casim bin Həməd Əl Tani “Mançester Yunayted” üçün 7.53 milyard dollar (6 milyard funt sterlinq) ödəməyi təklif verib. “The Guardian” yazır ki, Əl Taninin təklifi cümə günü, iyunun 9-da rədd edilərsə, o, keçən ilin noyabrından bəri davam edən danışıqlardan geri çəkiləcək.

Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

2023-cü ilin fevralında müqavilənin dəyəri təxminən 4.8 milyard dollar təşkil edib. “The Times” yazır ki, şeyx Əl Tani daha sonra klubun 100%-ni almaq təklifini 5 milyard funt-sterlinqə (o vaxt təxminən 6.31 milyard dollar) yüksəldib.

O, “Ineos Group” neft-kimya şirkətinin qurucusu britaniyalı milyarder Ceyms Ratklifflə komanda almaq üçün mübarizə aparır. “The Guardian” may ayının ortalarında məlumat verib ki, şeyx 5.5 milyard funt sterlinqdən (6.85 milyard dollar) çox təklif edib. Amerika investisiya şirkəti “Carlyle” də “Mançester Yunayted”i satın almağı düşünür.

“Mançester Yunayted” – dünya futbolunun ən məşhur komandalarından biridir. “Bloomberg” daha əvvəl yazmışdı ki, klubun satışı dünyanın ən böyük idman müqaviləsi ola bilər. 2022-ci ildə ABŞ-ın “Forbes” jurnalı “Mançester Yunayted”i 6.4 milyard dollar dəyərlə dünyanın üçüncü ən dəyərli futbol klubu olaraq sıralayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər