8 C
Baku
Friday, December 13, 2024

Qəzəb və inciklikdən olan neqativ emosiyaların öhdəsindən gəlmək

İnsanlar nə üçün inciyir?  Onlar sanki başqa insanın müstəqil hərəkətlər etmək hüququnu inkar edərək özünü onların gözlədikləri kimi aparmalı olduqlarını hesab edirlər.

 İnciklik başqasını proqramlaşdırmağa çalışmaqla, onu müstəqil şəxsiyyət kimi tanımaq istəyinin olmaması səbəbindən baş verir. Bunun öhdəsindən gəlməklə, öz maraqlarını daha təkidlə və səmərəli müdafiə etmək olar. Bəs incikliklə nə etmək olar?

Qəzəb hissi bizim daxilimizdə enerji əmələ gətirərək həyat ərazimizə kənardan müdaxilə olunmasının qarşısını almağa kömək edir. Bu hiss təkidlə: “Mənim əşyamı yerinə qoy”; “Mənim vaxtımı alma”; “Nə etməyi mən özüm yaxşı bilirəm” və sair kimi demək üçün güc tapmağa və məqamı düz təyin etməyə kömək edir.
Əgər insan qəzəb enerjisindən istifadə etməyi bacarmırsa, o inciklik,  əsəbilik,  paxıllıq, qısqanclıq kimi neqativ keyfiyyət formasında donub qalır.   Bu halda insan ya həddindən artıq məyus və passiv olur, yaxud aqressiv, əsəbi, adət etmədiyi davranış stereotiplərinə dözümsüz olur, yeniliyi qəbul etmək qabiliyyətində olmur.

Sizin daxilinzdə uzun müddət yer alan incikliklər ancaq fiziki bədənin xəstəliyinə səbəb olmur, o həmçinin acığa, dözümsüzlüyə, qısqanclığa, paxıllığa və hətta ruhi xəstəliyə çevrilərək, insanın psixi cəhətdən pozulmasına səbəb olacaq.

Lakin, nə üçün insanlar inciyir? Onlar sanki başqa insanın müstəqil hərəkətlər etmək hüququnu inkar edərək özünü onların gözlədikləri kimi aparmalı olduqlarını hesab edirlər. İnciklik başqasını proqramlaşdırmağa çalışmaqla, onu müstəqil şəxsiyyət kimi tanımaq istəyinin olmaması səbəbindən baş verir. Başqasının hərəkətlərini proqramlaşdırmağa çalışmağın, müvəffəqiyyətsizliyə emosional reaksiyanın özünün isə kökləri uşaqlığa gedir.

Məlumdur ki qəzəbin ifadə olunması digər hisslər kimi körpə uşaq üçün tamamilə təbiidir, qışqırmaqla yaxud ağlamaqla ona yemək, istilik yaxud ünsiyyət az olduqda anasının yanında olmasını tələb edir. Lakin uşaq böyüyərək onun hisslərinin tez-tez ətrafda olanlar üçün narahatlıq yaratması ilə rastlaşır və hisslərini transformasiya etmək əvəzinə onları boğmağa çalışır.

Böyüklər uşaqları körpə vaxtlarından onlar tərəfindən emosiyalarını elə göstərməyə öyrətməlidilər ki, bundan nə özləri, nə ətrafdakılar (təəssüf ki valideyinlərin çoxu uşaqları buna öyrədə bilmirlər, çünki özləri bunu bacarmırlar) əziyyət çəkməsinlər, bunun  əvəzinə, sevinc ifadələrinə görə (“otur yerinə və tərpənmə!”), qorxduqlarına  görə (“utanmırsan, belə böyüksən, amma qorxursan!”), qəzəblərinə görə cəzalandırırlar (“ağlama, kəməri götürərəm”, “sən valideyinlərinlə necə danışırsan?!”)

Axı uşaq hirslənəndə onun üçün ağlamaq, qışqırmaq yaxud kimi isə vurmağa cəhd etmək təbiidir, o öz təbiəti ilə hərəkət edir, çünki öz hisslərini boğa bilmir. Lakin belə hərəkətlərə görə cəzalandırılaraq o, vaxt keçdikdən sonra hisslərinin pis olması və onları hər vasitə ilə gizlətmək yaxud əhəmiyyət verməmək nəticəsinə gəlir. Məsələn, öz qəzəbini açıq ifadə etmək qabiliyyətində olmadığı səbəbindən, belə uşaq gələcəkdə küsəyən, əsəbi və çox vaxt digər insanlara qarşı kinli olur, yaxud o daimi “yaxşı olmayan” nəyi isə hiss etdiyi səbəbindən günahkar olduğu hissləri ilə yaşayır.

Lakin uşağın vəziyyəti onunla mürəkkəbləşir ki, onu müxtəlif emosiyalar göstərməyə öyrədərək və onların gücünü şəxsi nümunədə nümayiş edərək, böyüklər heç də uşaqların böyüklərə olan incikliklərinə, özlərinin uşaqların yaxud digər insanların davranışına reaksiya verdikləri kimi reaksiya vermək hüququnu tanımağa  tələsmirlər. Bundan başqa, uşaqlarda bu emosiyaları bəsləyərək, böyüklər çox vaxt uşaqları bunun “yaxşı davranış” olduğuna inandıraraq, həmən emosiyaları boğmağa başlamağı tələb edirlər.

Boğulmuş qəzəb ondan çıxmaq qabiliyyətində olmayaraq, onu hər hansı bir hərəkətə gətirə bilməyərək sanki insanın daxilində donub qalır. Bu donmuş, bildirilməyən və deyilməyən qəzəb insanlar arasında olan qarşılıqlı münasibətlərə görünməyən maneələr yaradır və sonra onlar bu qarşılıqlı münasibətləri məhv edirlər. Küsəyən insan onun həyat ərazisinə toxunulduğu zaman effektiv müqavvimət göstərmək vəziyyətində olmur. Bundan başqa, o, şəxsi keyfiyyətsizliyi yaxud digər insanın pis niyyəti səbəbindən məhz onunla baş verdiyi illyuziyasında olur.

 vunerable%202

Qəzəbin boğulmasının ən güclü forması nifrət hissidir. O, incikliklərini artıq toplamaq imkanında olmayan insanlarda əmələ gəlir və onları boşaltmaq üçün xarici obyektə ehtiyacı olur.

Toplanmış incikliklər xasiyyətin dəyişməsinə, bədbinliyə, yeniliyi qəbul edə bilməməyə, yüksək stresə düşmə təhlükəsinə gətirir.

İki insanın qarşılıqlı əlaqəsində birinin incikliyi mütləq digərinin təqsirli olması hissi ilə tamamlanır, o onun günahkarlıq hissinə appelyasiya edir. Bu təqsir davranışın dəyişilməsinə məcbur edə bilər və “günahkar” “inciyənin” istədiyini edə bilər.  Əgər digəri təqsirinin yaşama qabiliyyətində deyilsə, inciklik mənasız, qeyri funksional olur.

Əksinə, onun öhdəsindən gəlməklə, öz maraqlarınızı daha təkidlə və qəti müdafiə etmək olar. Bəs incikliklə nə etmək olar?

Ən əvvəl başa düşmək lazımdır: məlum emosiya insanın reallıqda “ölçdüyü” gözləmə modelinin başqasının davranışı ilə toqquşmasından əmələ gəlir. Bu başqası əlbəttə, əhəmiyyətli insandır və “incimiş insanın”  “əgər mənə dostdursa/rəfiqədirsə”  özünün necə davranması haqqında müəyyən təsəvvürləri var.  Onun davranışının gözlənildiyindən pis səmtə əyilməsi inciklik formasında özünü ifadə edən emosional reaksiyaya səbəb olur.

Rədd edilməni qəbul etmək mərhələsini keçməyi bacarmaq çox vacibdir, yəni vəziyyətə necə varsa, elə də olmağa icazə vermək, digər insanla yaxud ətraf mühitlə birləşmiş vəziyyətindən çıxmaq lazımdır. Yerinə yetirilmədiyi halda arxasınca inciklik yaranan tələb vəziyyətindən, bağışlamaq yaxud xahiş vəziyyətinə keçmək lazımdır.

Tələbkarlıq halı adətən tələbləri məqsədəuyğun olan balaca uşaq üçün xarakterik olan haldır,  axı o böyüklərdən asılıdır.  Böyüyərək xahiş etməyi öyrənmək lazımdır, çünki böyük adama heç kim heç nə verməyə borclu deyil, o özünü çox şeylərlə özü təmin edə bilər. Onun tələbləri yetkin yaşda artıq irrasional xarakter daşıyır. Lakin böyüklərin çoxu rədd olmaqdan qorxurlar və bu səbəbdən kömək, sevgi, qayğı,  dayaq, bağışlamaq xahiş etməyi özlərinə qadağa edirlər.

Əlbəttə, xahiş edən adamda güc ehtiyatı olmalıdır, çünki ona etiraz edə bilərlər. Lakin etirazla qarşılaşaraq, yetkin insan inciklik yolu ilə getməli deyil, o başa düşmək və bağışlamağı bacarmaq yolu ilə getməlidir.  Vəziyyəti özbaşına buraxaraq biz öz həyatımıza olan cavabdehliyi öz üzərimizə götürürük və ruhumuzu rahat hiss edərək sağlam və azad insan olaraq qalırıq.  Bundan başqa bağışlayaraq biz daha güclü oluruq və özümüz başqalarından gözlədiyimizə nail ola bilərik, bunun üçün isə onlara minnətdar olmaq olar. Bağışlamaq və minnətdarlıq bizə qüvvə verən, iradə tələb edən addımdır.

Yuxarıda sadalananların hamısını aşağıda göstərilən sxemdə təsvir etmək olar:   
Səmərəsiz tələblər – İnciklik – Xəstəlik, asılı olmaq  
Rədd cavabının qəbul edilməsi – Bağışlamaq – Öz həyatına cavabdehlik    
Xahiş – Minnətdar olmaq – Sağlamlıq 
Aşağıda göstərilən məşğələ daxili inciklikləri başa düşməyə və onlardan azad olmağa kömək edər.  

“Qurdu vermək”  

“İnciklik” sözünü bir az dəyişsək “qurdlu” sözü alınar, yəni təsəvvür etmək olar ki kimə isə ürəyində kin saxlayan insanın daxilində onu içindən yeyən qurd var.  Daxili inciklikdən, daha dəqiq desək daxili qurddan azad olmaq üçün, aşağıdakıları edin.
Rahat əyləşin, gözlərinizi yumun, rahatlaşın və təsəvvür edin ki küçə ilə gedirsiz. Sizin qarşınızda doqquz mərtəbəli ev var. Siz evin giriş qapısından daxil olursuz, pilləkənlərlə birinci mərtəbəyə qalxaraq  nə vaxt isə sizi incitmiş adam olan liftə daxil olursuz. Liftin qapısı bağlanır və siz yuxarı qalxırsız. Təsəvvür edin ki, bu insana olan incikliyinizi əlinizdə tutmusuz, lakin bu inciklik qurd formasındadır. Baxın, bu necə qurddur, böyükdür ya balacadır, qalındır ya nazikdir. O nə rəngdə, nə formadadır. Lift yuxarı mərtəbəyə qalxır, siz qurdu sizi incidən adama verirsiz yaxud onu liftə qoyub çıxırsız.

Siz pilləkənlərlə aşağı enirsiz və hər addımla yüngülləşirsiz.  Budur, siz birinci mərtəbəyə çatdız, daha bir neçə pillə və siz giriş qapısından çıxırsız.  Küçədə günəş parlayır, siz rahat nəfəs alırsız, sizə yaxşıdır və siz sakitsız.

Otaqda olduğunuzu yadınıza salın və gözlərinizi açın.

Son xəbərlər
Digər xəbərlər