22 C
Baku
Thursday, April 25, 2024

Qəzaya uğrayan pilot sabiq dövlət müşavirinin kürəkənidir (FOTO)

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. 

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Azvision.az -a bildirib ki, qəzaya düşən pilot onun kürəkəni, polkovnik-leytenant Rəşad Atakişiyevdir. “Rəşad mənim kürəkənimdir.

67102090 2888039764556728 5613275926612672512 n
Rəşad Atakişiyev

20 ildən çox idi ki, xidmət edirdi. Polkovnik-leytenant rütbəsini daşıyırdı. Çalışdığı hərbi hissənin ən təcrübəli, peşəkar pilotlarından biri, həm də hərbi hissə komandirinin müavini idi”. Hazırda pilotun axtarışları davam etdirilir.

Hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi açılıb. 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər