ABŞ və İsrail BMT-nin dəstəyi və digər ərəb dövlətlərinin iştirakı ilə Qəzzada müvəqqəti hökumətin yaradılmasını müzakirə edir.
Bu barədə “Bloomberg” agentliyi müvafiq mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, müzakirələr hələ erkən mərhələdədir və İsrail-Fələstin münaqişəsində hadisələrin gedişatından, xüsusən İsrail ordusunun yerüstü əməliyyatının nəticələrindən asılı olacaq.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.