Fransanın cənub-qərbində yerləşən kiçik şəhərin sakini poçt qutusunda tapdığı telefon hesabında 12 “sıfır” aşkar etmişdir. Bu tarixdə görülmüş ən böyük telefon ödəniş haqqıdır, finance.bigmir.net xəbər verir.
Fransız qadının sözlərinə görə, o “sıfırları” görəndə az qala sarsıntı keçirmişdi.Sud Ouest yerli qəzetinə verdiyi müsahibəsində bildirmişdir: “Mən az qala infarkt keçirmişdim. Orda o qədər sıfır var idi ki, ilk dəfədən heç saya bilməmişdim”.
Lakin €11 721 000 000 000 000 məbləğ Bouygues Telecom –un işçilərini heç də təəccübləndirməyib, onlar qadına ciddi olaraq, haqqı hissə-hissə ödəməyi təklif ediblər”.
Bir neçə gün çəkən işə baxılanda sonra şirkət qəbul etmişdir ki, onların sistemində qarışıqlıq baş vermişdir və nəticədə səhv buraxılmışdır. Həqiqətdə isə qadının borcu yalnız €117,21-dur.