Qadın voleybolçuların uğurlu iştirakına görə 2 mln. manat ayrıldı

Avropa çempionatında Azərbaycanın qadın voleybolçularının uğurlu iştirakına dair Azərbaycan Prezidenti sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatında milli komandanın uğurlu iştirakını, ölkəni layiqincə təmsil etdiyini nəzərə alaraq, voleybolunun inkişafında xidmətlərinə görə Azərbaycan Voleybol Federasiyasına 2017-ci il dövlət büdcəsində nəzərdə tutul¬muş Prezidentin ehtiyat fondundan 2.0 (iki) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın qeyd edilən göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

W1siziisijiwmtcvmtavmdmvmw05cxo3zhu2of84qs5kuecixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=a4c287d0626ee5dc

Xatırladaq ki, Azərbaycanın milli komandası Bakıda keçirlən qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutmuşdur.

Son xəbərlər
Digər xəbərlər