12 C
Baku
Tuesday, May 7, 2024

“Qafqaz-Kredit” BOKT-un ötən il kredit portfeli kiçilib

“Qafqaz-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 39 129 manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə BOKT-un mənfəəti 23 245 manat olub ki, bu da illik müqayisədə 68% artım deməkdir.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Qafqaz-Kredit”in vergiyəqədərki mənfəəti 48 911 min manat, mənfəət vergisi ödəmələri isə 9 782 manat  təşkil edib. BOKT-un faiz gəlirləri 253 657 manat (əvvəlki ilə nisbətən 3% az), faiz xərcləri 170 manat (əvvəlki ilə nisbətən 24 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Qafqaz-Kredit”in aktivləri 1 milyon 177 min manat olub ki, bu da illik müqayisədə 1.9% çoxdur. Bunun 879 798 manatı müştərilərə verilmiş kreditlər və avanslardır. 2022-ci ildə BOKT-un kredit portfeli 10% kiçilib.

Hesabat dövründə “Qafqaz-Kredit”in öhdəlikləri 29% azalaraq 167 min manata, cəmi kapitalı isə 10% artaraq 1 milyon 10 min manata çatıb.

Xatırladaq ki, “Qafqaz-Kredit” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 592 min manatdır, qanuni təmsilçisi isə Arif Qurbanovdur.

2 5 1 4

Son xəbərlər
 ⁠
Digər xəbərlər