-1 C
Baku
Sunday, December 15, 2024

“Qala Həyat” səhmdarları ötən ilin mənfəətini bölüşdürəcək

“Qala Həyat” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının qərarı ilə səhmdarların ümumi yığıncağı keçirləcək.

Banker.az-ın əldə etdiyi məlumata görə, Cəmiyyətin 2017-ci il üzrə illik ümumi hesabatlarının təsdiqi məqsədilə 22.06.2018-ci il tarixində keçirləcək. Səhmdarların iclasının gündəliyinə Cəmiyyətin 2017-ci il üzrə illik ümumi hesabatların təsdiqi və 2017-ci ilin Xalis mənfəətinin bölüşdürülməsi kimi məsəllər müzakirə ediləcək.

Qeyd edək ki, “Qala Həyat” ötən ilin 4 rübü ərzində 2 589 472,01 manat xalis mənfəətlə balansındakı bölüşdürülməmiş mənfəəti 4 850 210,86 manata çatdırmışdı. Lakin, bu 2016-cı ildə isə 6 137 170,69 manat təşkil edirdi.

Sığorta Şirkətinin 12 870 000,00 manat nizamnamə kapitalı var. Səhmlərinin böyük hissəsi, yəni, 91,11% Azre Təkrar Sığorta Şirkəti və 8,89%-i isə Quna Şirkətinə məxsusdur

İclas, qeyd edilən tarixdə saat 10.00-da AZ1122, Bakı ş., Tbilisi prospekti 42A ünvanında keçirləcək.

 

 

Son xəbərlər
Digər xəbərlər