18 C
Baku
Tuesday, April 23, 2024

Qalstuk işgüzar imicin –başlıca detalı kimi

Sizə elə gəlir ki, kostyuma uyğun düzgün qalstuk seçimi məsələsi ilə bağlı o qədər də narahat olmağa dəyməz? Axı ən vacibi peşəkarlıqdır –mənim hansı –zoğalı, göy və tünd boz rəngdə qalstuk asmağımın elə də böyük önəmi yoxdur… Əslində bunun da əhəmiyyəti var! İşgüzar dairələrdə nəinki səriştə və peşəkarlıq keyfiyyətləri, həm də etiketin incə nüanslarına bələd olmaq və yüksək zövq nümunəsi olduqca qiymətləndirilir.

Ona görə də bu gün diqqətimizi sizin imicin tamlığını əks etdirəcək vacib bir detalın seçiminə yönəldəcəyik –o sizin imici tamamlaya, həm də əksinə, həm də əksinə onun ümumi ahənginə xələl gətirə bilər.

Təsvirli və ya təsvirsiz?

İşgüzar etiket sərrafları sadə bir qaydaya riayət etməyi tövsiyə edirlər. Yadda saxlayın ki, işgüzar obrazın üç başlıca atributu vardır: köynək, pencək və qalstuk. Onlardan yalnız biri təsvirli ola bilər.

Yəni əgər siz zolaqlı köynək geyinmisinizsə, pencək və qalstuk, sayə, təsvirsiz olmalıdır. Əgər pencək zolaqlıdırsa, onda köynək və qalstukun saya olması tələb olunur. Beləliklə, sizin təsvirli qalstuk taxmağınız yalnız o halda mümkündür ki, kostyumun digər iki elementi, yəni pencək və köynək saya olsun.

Hansı təsvir?

Klassik variantlarda çəpinə zolaqlar, təkrarlanan həndəsi naxışlar (romb, üçbucaqlılar, ziqzaq, həmçinin buta şəkilli naxışlar). Damalı, xallı, balaca heyvan təsvirləri və digər oynaq elementləri olan digər qalstukları ailəvi istirahət və dostlar əhatəsindəki görüşlər üçün saxlayın – işgüzar imic uşun belə dəcəlliklər yol verilməzdir.

Hansı rəng?

Əlbəttə ki, qalstukun seçimi zamanı, köynəyin və kostyumun çalarlarını əldə rəhbər tutmaq lazımdır. Stilin ümumi qanunauyğunluqları belədir. Əgər sizin köynək zolaqlıdırsa, onda qalstukun rəngi zolağın çalarına uyğun olmalıdır. Əgər kostyumun rəngi açıq (parlaq), köynəyin rəngi isə tünddürsə, onda qalstukun çaları pencəyin rənginə yaxın seçilməlidir. Tünd qalstuk və açıq rəngli köynəklə isə, əksinə açıq rəngli qalstuk seçirik. Qaçmalı olduğunuz ilk növbəli amil isə ağ və qara rəngli qalstuklardır. Ən işgüzar çalarlar isə boz, zoğalı, qırmızı, göy və mavi rənglərdir. Qəhvəyi isə daha qeyri-rəsmi hesab olunur. Ümumiyyətlə daha parlaq və qışqıran rənglərdən qaçmaq və onları şənliklərə saxlamaq daha yaxşıdır.

galstuk999

Qalstuk v cib dəsmalının uyğun çalarlarda seçilməsi də gözəl zövq nümunəsi hesab olunur. Bu zaman dəsmal pencəyin döş cibindən azacıq görünməlidir.

En və uzunluq

Əgər qalstuk sahibi aşağıdakı prinsipə riayət edərsə, qalstuk və digər geyimlər daha yaxşı harmoniya təşkil edər. Pencəyin ölçüsü, nə qədər böyük olarsa və pencəyin yaxası nə qədər enli olarsa, qalstuk da bir o qədər enli olar. Uzunluğa gəldikdə isə hər şey çox sadədir. Qalstukun ucu (sonluğu) kəmərin bağlanan hissəsini azacıq örtsə yaxşıdır.

Bir az da qulluq haqqında

Hər dəfə işgüzar görüşlərdən sonra, qalstuku açın, özü də onu bağlayarkən etdiyiniz hərəkətlərin əks ardıcıllığı ilə açmaq lazımdır. Qalstukun boyun hissəni genişləndirib, onu baş tərəfdən çıxarmaq, sonda onunla nəticələnir ki, ən bahalı keyfiyyətli və stilli aksessuar sonda yararsız əşyaya çevrilir. Ezamiyyətlərə yollandıqda qalstukları qoymaq üçün xüsusi çexol alın. Belə olduqda onlar qırışmaz. Amma yenə də əgər qalstukunuza xoşagəlməz bir qat düşərsə, onu ütüləmək məsləhət deyil, bunun əvəzinə siz belə edə bilərsiniz: onu sıx şəkildə barmağınıza dolayın və məhz bu cür bükülmüş rulon şəkildə müəyyən müddət saxlayın.

Qalstuk haqqında maraqlı faktlar

  • 1660-cı ildə Osmanlılar Avstriya ordusuna məğlub olduğu zaman Avstriya-Macarıstan İmperiyası tərkibində olan Xorvatiyadan (Kroatia) bir qrup əsgəri zəfərin qəhrəmanları qismində Parisə dəvət edtidlər. Onlar kralın hüzuruna çıxmalı idi. Bu əsgərlərin boğazlarına xanımları tərəfindən rəngli dəsmallar bağlamışdı. Əsgərlər bu yaylıqlara baxıb öz ailələrini yada salırdılar. Bu dəsmallar romalılar dövründə səs tellərini isti saxlamaq üçün taxılan dəsmallara oxşayırdı. Kral çox bəyəndi və özü üçün krallıq qalstukları taxan bir ordu qurdu.
  • Qalstuk sözü “Kroatdan” əmələ gəlib. Çox keçmir ki, bu moda İngiltərəyə də keçir. O vaxtlar qalstuklar o qədər möhkəm bağlanmışdı ki, insanlar boyunlarını döndərmədən ətrafa baxa bilmirdilər. Amma qalstuklar həmdə boynu qılınc zərbəsindən qoruyurdu. 1960-cı illərdə qalstuklar bir az gözdən düşsə də, 1970-ci illərdə yenidən populyarlığı artdı.
  • Bir qalstuku ən azı 85 cür bağlamaq olar.
  • 19-cu əsrdə Londondakı avtobus sürücüləri də qalstuku elə bizim kimi bağlayırdılar.
  • Eramızdan əvvəl 3-cü yüzillikdə Çin imperatoru Huanq Tinin əsgərlərinin də boyunlarında qalstuka bənzər yaylıqlar var idi.

Qalstukun bağlanma qaydaları

galstuk

galstkuk2

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər