3 C
Baku
Monday, March 4, 2024

Qanuni marixuana bazarı ABŞ iqtisadiyyatına 40 milyard dollar qazandıra bilər

Banker.az xəbər verir ki, Arcview Market Research tədqiqat şirkətinin hesabatına əsasən, Amerikanın qanuni marixuana bazarı 2021-ci ildə ölkə iqtisadiyyatına 40 milyard dollar qazandıra bilər.

Verilən məlumatda qeyd olunur ki, bu məbləğə birbaşa və dolayı amillər daxildir: yeni iş yerləri və vergi tutulmaları. Məsələn, Kaliforniyada 4 il ərzində marixuana becərilməsi və paylanması sahəsi təqribən 150 min nəfəri yeni iş yeri ilə təmin edə bilər.

2017-ci ildə marixuana bazarı ABŞ iqtisadiyyatına 16 milyard dollar qazandırıb. Gözləntilərə əsasən, 2021-ci ilə qədər marixuana ABŞ-ın 35 ştatında bu və ya digər formada qanuniləşdiriləcək. Onun satış həcmi isə 23 milyard dollara çata bilər.

Hazırda marixuana tibbi məqsədlər üçün 6 ştatda  – Kolorado, Vaşinqton, Oreqon, Alyaska, Nevada və Kaliforniya – qanuni hesab olunur. Lakin federal qanunvericiliyə əsasən, marixuana əvvəlki kimi qadağan olunmuş maddələr sırasına daxildir.

Son xəbərlər
Digər xəbərlər