-1 C
Baku
Sunday, December 15, 2024

Qanunsuz sahibkarlığa görə inzibati tənbeh xətadan bir il keçənədək veriləcək

Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək veriləcək.

Bu Milli Məclisin komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əskini tapıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma xətası törədildikdə müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə üçün daha uzun müddət nəzərdə tutulması, habelə bu xətanın da aşkar edildikdən sonra inzibati araşdırma aparılan inzibati xətalar dairəsinə aid edilməsi təklif edilir.

Qeyd edilənlər qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma istiqamətində yoxlama və nəzarət tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsi məqsədilə hazırlanıb.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər