28 C
Baku
Saturday, July 27, 2024

“Qanunu saymayan iri şirkətlər haqqında ölçü görülməlidir”

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, işçi hüquqlarının qorunması ilə bağlı hökumətin səylərinin effektiv nəticəsi yoxdur”

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi nəticəsində işçilərin 35%-də əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmə halları aşkar edilib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a deyir ki, əmək müqaviləsi bağlanmayıbsa, işçinin hüquqlarının qorunmasından söhbət gedə bilməz: “Əmək müqaviləsinin olmaması o deməkdir ki, işçi heç nədən sığortalanmayıb. Bununla bağlı hökumətin səyləri olsa da, hələ ki, effektiv bir nəticə yoxdur. Əslində nəticələr deyilən faizdən daha yüksəkdir”.

Son xəbərlər
Digər xəbərlər