Odlar yurdu və küləklər şəhərində qarın yağmasına nadir hallarda rast gəlinir. Buna görə Bakıya qar yağan kimi, günün əsas mövzusuna çevrilir. Bir çox insanlar Bakıya qarın yaraşmadığını desələr də, qar yağdıqda hər birimizin qəlbində uşaqlara xas qəribə bir sevinc hissi yaranır.
Bu məqalədə sizə qar haqqında maraqlı faktları təqdim edəcəyik.
1. Çox saylı tədqiqatlar nəticəsində Yer üzündə bir qar dənəciyinin o birisinə bənzəmədiyi aşkarlanmışdı;
2. Hər bir qar dənəcəyi 95% havadan ibarətdir. Məhz buna görə onun enmə sürəti bu qədər azdır- saatda 0,9 kilometr;
3. Qar ağ rəngdə olur. Çünki havadan ibarətdir və qar dənəciklərinə düşən işıq müxtəlif tərəflərə əks olunur;
4. Qışda qar 90% günəş şüalarını əks etdirir və yerə isinməyə imkan yaratmır;
5. Dünyada ən böyük qar dənəciyi 1987-ci ilin 28 yanvarında ABŞ-da aşkar olunmuşdu.
Onun diametri 38 sm. təşkil edirdi.
Qeyd edək ki, orta hesabla qar dənəciyinin ölçüsü 5 mm. təşkil edir;
6. 2 dərəcə temperaturda qarın üstünə çıxanda qara xas xırçıltı səsini eşitmək olar. Bu xırçıltı səsi bir birinə sürtülən və sınan qar dənəcəkliri əmələ gətirir;
7. Qar Selsi ilə 0 dərəcə temperaturda əriyir;
8. Suya düşən qar balıqlar üçün xoşagəlməz və yüksək tezlikli səs çıxardırlar. İnsanlar həmin səsi eşitmirlər;
9. Bir hektarlıq sahədə 1 sm. qar örtüyü 30 kub metr su verir;
10. Yer üzünün əhalisinin böyük bir hissəsi isə həyatlarında bir dəfə belə olsun qar görməyiblər.