6 C
Baku
Sunday, December 15, 2024

“Qara Cümə”də ABŞ sakinləri rekorda imza atdılar

ABŞ sakinləri “Qara Cümə”də (“Black Friday”) onlayn alış-verişə rekord 7,4 mlrd dollar xərcləyib.

Bu barədə CNBC “Adobe Analytics”in statistik məlumatlarına əsasən xəbər verir.

Qeyd edək ki, bu ilin göstəriciləri 2018-ci illə müqayisədə 1mlrd dollardan çox olub. Beləliklə, ötən il “Qara Cümə”də ABŞ sakinləri 6,22 mlrd dollar xərcləyiblər ki, bunun da 2 mlrd dolları smartfon vasitəsilə alış-verişə sərf olunub. Bu il smartfon vasitəsilə 2,9 mlrd dollar dəyərində mal alınıb.

Bununla yanaşı, mütləq rekord ötən ilin “kiberbazar ertəsi”ndə qoyulub. Həmin  zaman internet-mağazalarda 7,9 milyard dollarlıq mal alınmışdı. Analitiklərin proqnozlarına görə, bu il rekord vurulacaq və 9,4 milyard dollar təşkil edəcək.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər