6 C
Baku
Sunday, December 15, 2024

“Qarabağ Azərbaycanındır” – Paşinyan etiraf etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətin Qarabağ nizamlanması üzrə danışıqların nəticəsiz qalması ilə bağlı ittihamlarına cavab verib.

Bu barədə Paşinyan parlamentdə keçirilən hökumət saatında danışıb.

“Danışıqlar prosesi 2018-ci ilin aprelində parlamentin tribunasında danışan eks-prezident Serj Sarkisyan tərəfindən iflasa uğradılıb. Üçüncü prezident deyib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid etmək lazım deyil”,– deyən Paşinyan müxalifətə müraciət edərək, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bir daha bəyan edib.

Çıxış zamanı baş nazirlə müxalifətçi deputatlar arasında mübahisə yaranıb.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər