15 C
Baku
Thursday, May 9, 2024

Qarabağ Dirçəliş Fondu ötən il 888 milyon manat mənfəət əldə edib

Qarabağ Dirçəliş Fondu 31 dekabr 2021-ci il tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarını və müstəqil auditor PwC Azərbaycan-ın müvafiq dövr üçün apardığı audit yoxlamalarına dair hesabatını (rəyini) açıqlayıb.

Banker.az xəbər verir ki, Qarabağ Dirçəliş Fonduna 2021-ci il ərzində ümumilikdə 892 206 306 manat ianə olunub. Fond ianələrdən əldə olunan vəsaitin bir qismini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarına yerləşdirməklə əlavə 9 198 829 manat maliyyə gəliri əldə edib.

2021-ci ildə Fond 888 milyon 343 min manat mənfəət edib və maliyyə gəlirləri 9 milyon 198 min manat, ümumi, inzibati və sair əməliyyat xərcləri 533 min manat, maliyyə xərcləri isə 449 min manat təşkil edib.

31 dekabr 2021-ci il tarixinə Qarabağ Dirçəliş Fondunun cəmi aktivləri 890 milyon 449 min manat, cəmi kapitalı 889 milyon 343 min manat, cəmi öhdəlikləri 1 milyon 105 min manat olub.

q2 q1

Son xəbərlər
 ⁠
Digər xəbərlər