21 dekabr 2019-cu il saat 12.00-da “Qaradağ Tikinti Materialları”
ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir .
Banker.az xəbər verir ki, gündəlikdəki məsələlərə cəmiyyətin direktorlar şurası (müşahidə şurası) üzvlərinin və sədrinin seçilməsi, cəmiyyətin idarə heyətinin və sədrinin seçilməsi, Maliyyə-təftiş komissiyasının və sədrinin seçilməsi, ”Astra“ MMC-nin qoşulma yolu ilə “Qaradağ Tikinti Materialları” ASC-nin tərkibinə daxil olunması və sonuncunun yenidən təşkil edilməsi məsələsi daxildir.
Xatırladaq ki, “Qaradağ Tikinti Materialları” ASC 2005-ci ildə yaradılıb.