20 C
Baku
Friday, May 3, 2024

Gürcüstanın Baş naziri Azərbaycana işgüzar səfərə gəlib – Yenilənib

13:34

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili aprelin 7-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.

***

12:57

Cümə günü Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana səfərə yola düşüb.

Gürcüstan hökuməti Administrasiyasının məlumatına əsasən, səfər zamanı Qaribaşvili Azərbaycan lideri İlham Əliyevlə danışıqlar keçirəcək.

“Baş nazirin səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşü baş tutacaq”, – məlumatda deyilir.

Həmçinin, Gürcüstanın nümayəndə heyətinə baş nazirin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlya Darçiaşvili və hökumət Administrasiyanın rəhbəri Revaz Djavelidze daxildir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər