10 C
Baku
Thursday, December 12, 2024

Qayda pozuntusu aşkarlanmış gəmilərlə bağlı tədbirlər görülüb

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Banker.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, bu çərçivədə, Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində və Qəbələ rayonundakı Nohur gölündə keçirilmiş operativ nəzarət tədbirləri zamanı 15 asma mühərrikli qayıq saxlanılaraq həmin nəqliyyat vasitələrinin texniki və qeydiyyat sənədləri, təchizat və xilasetmə vasitələri, həmçinin kiçikhəcmli gəmi sürücülərinin sürücülük vəsiqələri yoxlanılıb.

Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq tələblərini (görmə məsafəsi məhdud olduğu hallarda günün qaranlıq vaxtı idarəetmə, sürücülük hüququ olmadan kiçikhəcmli gəmilərin istismarı, xilasetmə və digər təchizat avadanlıqları olmadan qayıqlardan istifadə, bort nömrəsinin olmaması) pozan 5 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.

Eyni zamanda, gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi izah olunaraq, onlarla maarifləndirici söhbətlər də aparılıb.

Son xəbərlər
Digər xəbərlər