26 C
Baku
Tuesday, April 30, 2024

Qaz sayğaclarının alqı-satqısı yerli istehsal hesabına təmin olunacaq – Müqavilə imzalandı

Cari ilin may ayında SOCAR “Azəriqaz” İB-nin məişət tipli qaz sayğaclarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi məqsədi ilə “Gəncə Cihazqayırma Zavodu” ASC ilə müqavilə bağlanıb.

Banker.az “Azəriqaz” İB-nin yaydığı məlumata istinadən xəbər verir ki, “Gəncə Cihazqayırma Zavodu” ASC arasında bu əməkdaşlıq sayğaclara olan tələbatın ödənilməsi üçün SOCAR-ın idxaldan asılılığını azaldacaq, yəni;

– Qaz sayğaclarının alqı-satqısı yerli istehsalla həyata keçiriləcək;

– Yerli sahibkarlığın inkişafına dəstək verəcək;

– Xarici valyutanın ölkədən kənara çıxmasının qarşısını alacaq;

– Şəffaflığı təmin edəcək;

– Qaz sayğaclarının təmiri və servis xidməti ilə bağlı məsələlərin asanlaşdırılması və ucuzlaşdırılmasını təmin edəcək.

“Gəncə Cihazqayırma Zavodu” ASC tərəfindən ümumilikdə 405 min ədəd sayğacın iyun ayından etibarən kütləvi istehsalına başlanılacaq. İl ərzində sayğaclar istehsal olunaraq SOCAR “Azəriqaz” İB-yə təhvil veriləcək. Qeyd edək ki, yerli sahibkarlığın və yerli istehsal potensialının inkişafı məqsədi ilə Birlik və ASC arasında imzalanan sənəd ölkə başçısının tələb və tövsiyələrinə əsaslanaraq reallaşıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər