8 C
Baku
Thursday, December 12, 2024

Qazaxıstan gələn il 3%-ə yaxın iqtisadi artım gözləyir

Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyi 2021-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) 2,8% artacağını proqnozlaşdırır.

Bu barədə qurumun şöbə müdiri Ruslan Dalenov məlumat verib.

Onun sözlərinə görə, 2025-ci ilə qədər ölkənin iqtisadi artım göstəricisi 4,6%-ə yüksələcək.

“Qazaxıstanın iqtisadiyyatının inkişafı üçün üç ssenari nəzərdə tutulub. ÜDM-in orta illik artımı baza ssenarisi üzrə 4%, nikbin ssenari üzrə 4,5%, bədbin ssenari üzrə isə 3% təşkil edəcək.Mühafizəkar yanaşmanı nəzərə alaraq, ilkin ssenaridən büdcə planlaşdırması üçün əsas kimi istifadə etmək təklif olunur”, – deyə nazirlik rəsmisi qeyd edib.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər