10 C
Baku
Friday, December 13, 2024

Qazaxıstan limanlarından Bakı Limanı vasitəsilə yükdaşımaların həcmi 15 % artıb

Qazaxıstan Respublikasının sənaye və infrastruktur inkişafı naziri Marat Karabayevin rəhbərlik etdiyi və Aktau, Kurık limanlarının rəhbərliyinin də daxil olduğu nümayəndə heyəti Azərbaycana səfər ediblər.

Bu barədə Qazaxıstan Respublikasının Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, qazaxıstanlı nazir səfər zamanı Azərbaycanın bir sıra nəqliyyat infrastrukturu obyektlərini, o cümlədən Bakı Gəmiqayırma Zavodunu və beynəlxalq ticarət limanı və limanətrafı stansiyaları, həmçinin Hövsan limanı və Baş Ələt Stansiyasını ziyarət edib.

O cümlədən, Marat Karabayev Abşeron Logostika Mərkəzi və Bakı Dəmir Yolu Vağzalında olub. O, burada İsveçrənin Stadler şirkətinin istehsalı olan sərnişin vaqonları ilə tanış olub.

Bakı Limanına səfəri zamanı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və qazaxıstanlı nazir Marat Karabayev tranzit yükdaşımalarının gücləndirilməsi məsələləri barədə ətraflı müzakirə aparıblar. Hər iki tərəf davamlı ticarət axının təmin olunması, ildən-ilə əhəmiyyəti kəskin artan Orta Dəhliz daxilində əlaqələrin sistemli şəkildə qurulması, habelə ekoloji davamlılığın da təmin olunmasını diqqət mərkəzində saxlayıblar.

Qeyd olunub ki, Qazaxıstan limanlarından Bakı Limanı vasitəsilə yükdaşımaların həcmi 2023-cü ilin ilk yeddi ayında 15 faiz artıb.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər