-1 C
Baku
Sunday, December 15, 2024

Qazaxıstan Milli Bankı təngə məzənnəsi ilə bağlı açıqlama verib

Qazaxıstan Milli Bankı faiz dərəcəsini 12% səviyyəsində saxlamaq niyyətini açıqlayıb. Qeyd edildiyi kimi, daxili bazar yeri makroiqtisadi reallıqlara uyğunlaşmalı olacaq.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Ekspertlər yeni COVID-19 koronavirusunun yayılması, ticarət müharibələrinin nəticələri və artan geosiyasi gərginlik ilə əlaqədar yaranmış qeyri-sabit vəziyyət, ölkənin iqtisadi artım tempinin kəskin düşəcəyini proqnozlaşdırırlar.

Xatırladaq ki, 2020-ci il 9 mart tarixində neftin qiyməti bir barel üçün 31-36,6 dollar səviyyəsinə düşmüşdür ki, bu son 30 ildə ən aşağı göstərici olub.

Mənfi gözləntilərlə əlaqədar olaraq fond bazarlarında indekslərin 9%-dan çox düşməsi qeydə alınıb. Yaranmış vəziyyət ABŞ-ın Federal Ehtiyatlar Sistemini faiz dərəcəsini sıfıra yaxınlaşdırmağa məcbur edib ki, hal-hazırda bu göstərici 0-0,25% təşkil edir. Bundan əlavə, tənzimləyici kəmiyyət yumşaldılması proqramına başladığını bildirib.

Qazaxıstan Milli Bankı “Brent” markalı neftin qiymətinin 35 dollar səviyyəsində olacağını proqnozlaşdır. Maliyyə təşkilatının növbəti açıqlaması 2020-ci il 27 aprel tarixində veriləcək.

Son xəbərlər
Digər xəbərlər