17 C
Baku
Sunday, May 5, 2024

Qazaxıstan Milli Bankı uçot faiz dərəcəsini dəyişməz saxlayıb

Qazaxıstan Milli Bankı uçot faiz dərəcəsini 16.75% səviyyəsində saxlayıb, tənzimləyici bu barədə cümə günü, aprelin 7-də bildirib.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Dekabrın əvvəlində Qazaxıstan Milli Bankı uçot faiz dərəcəsini 16.00%-dən 16.75%-ə qaldıraraq, yeni proinflyasiya şoklarının olmadığı halda pul siyasətinin daha da sərtləşdirilməsi ehtimalının aşağı qiymətləndirmişdi.

Fevralın ortalarında bank elan edib ki, inflyasiya risklərinin davam etməsi uçot faiz dərəcəsinin cari səviyyədə saxlanmasını tələb edir.

2022-ci ildə Qazaxıstanda inflyasiya 20.3%-ə qədər sürətlənərək 1990-cı illərdən bəri ən yüksək səviyyəyə çatıb. Mart ayında illik inflyasiya 18.1% təşkil edib.

Milli Bankın uçot faiz dərəcəsi ilə bağlı növbəti planlaşdırılan qərarı 2023-cü il mayın 26-da Astana vaxtı ilə saat 12:00-da açıqlanacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər