14 C
Baku
Friday, May 17, 2024

Qazaxıstan parlamentinin aşağı palatasının sədri istefa verib

Qazaxıstan Respublikası Parlamenti Məclisinin (aşağı palata) sədri Nurlan Niqmatulin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün ərizə verib.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Məclisin sədri gizli səsvermə yolu ilə parlament üzvlərinin ümumi sayının səs çoxluğu ilə palatanın deputatları arasından seçilir. Bu vəzifəyə namizəd palatanın deputatları tərəfindən irəli sürülür.

MənbəAzərtac
Son xəbərlər
 ⁠
Digər xəbərlər